Slovakiyanın “Slovan” klubunun baş direktoru İvan Kmotrik baş məşqçisi Vladimir Vayssın bu həftə Bakıya səfər etməsi haqda xəbərlərə münasibət bildirib.
Presssport.az xəbər verir ki, funksioner şəxsi “İnstagram” hesabında adı Azərbaycan millisi ilə hallanan təcrübəli slovakiyalı mütəxəssis haqda bunları yazıb: "Vayssın bu həftə danışıqlar üçün Bakıya yollanacağı barədə xəbərlər həqiqəti əks etdirmir. O, Slovakiyada evindədi. KİV-in Vayssa olan marağından xəbərdaram. O, aldığı təklif haqda məni məlumatlandırıb. Bu mövzuda onunla söhbət etmişik. Və danışığımza əsasən deyə bilərəm ki, baş məşqçi "Slovan"da qalmaq və işini burada davam etdirmək istəyir. Amma artıq dəfələrlə söylədiyim kimi, klubun inkişafı üçün müəyyən dəyişikliklər zəruridi. Bu mənada Vayssla razıyıq".
Kmotrikin sözlərinə görə, hər ikisi Bratislava klubunda gördükləri potensialı reallaşdırmaq istəyir: "Slovan"ın gələcək fəaliyyəti mövzusunda klubda ən yüksək səviyyədə müzakirələr aparılır. Klubun inkişafının davamlı olması üçün bütün məsələlərin qısa müddətdə yoluna qoyulacağına inanıram. Müzakirələri müsbət nəticə verəcəyinə ümid edirəm. Mənə gəlincə, Vayssa tam güvəndiyimi deyə bilərəm. Birgə növbəti mövsümə güclü və keyfiyyətli komanda quraraq yenidən uğur qazanacağımıza inanıram".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC