Dövlət qurumları arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş minifutbol turniri başa çatıb.
Presssport.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin komandası bürünc medal uğrunda oyunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini məğlub edərək (5:0) 3-cü yeri tutub.
Finalda isə Fövqəladə Hallar Nazirliyi (FHN) və Ədliyyə Nazirliyinin komandaları qarşılaşıb Ədliyə Nazirliyi rəqibini 2:1 hesabı ilə üstələyərək turnirin qalibi olub.
Həlledici görüşü gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın baş katibi Sərxan Hacıyev də izləyib.
Xatırladaq ki, Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə keçirilən yarışda 52 dövlət qurumu, şirkət və müxtəlif təşkilatların komandaları mübarizə aparıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC