Son 3 turda son 3 vəsiqə uğrunda mübarizə - "Zirə"nin üstünlükləri, "Sabah"ın mövsümü xilas etmək şansı

Premyer Liqamızda mübarizə həlledici mərhələyə qədəm qoyub. 

Presssport.az xəbər verir ki, avrokuboklara son 3 vəsiqənin sahibi son 3 turda müəyyənləşəcək. Həmin 3 vəsiqəyə 4 iddiaçı qalıb ki, bunlardan avtomatik 1-i kənarda qalacaq. 

Komandalar arasında xal fərqi demək olar yoxdu. Hər halda, 2-3-cü pillələri bölüşdürən “Zirə”ylə “Sabah”, 4-5-ci yerləri paylaşan “Sumqayıt”la “Neftçi”ni cəmi 1 xal qabaqlayır.

Rəşad Sadıqovun komandası həm də ölkə kubokunun finalında olduğundan, əlavə üstünlüyə malikdi. Düzdür, rəqib artıq çempion olan “Qarabağ”dı və finalın aşkar favoritidi. Yeri gəlmişkən, zirəlilər növbəti turda məhz bu rəqiblə görüşəcək. “Qarabağ”ın çempion olandan sonra ardıcıl 3 tur qələbə qazanmaması faktı olsa da, hər halda, Qurban Qurbanovun komandası gücünü hər zaman göstərə bilər.

"Zirə"nin bundan sonrakı rəqiblərinin də bu çempionatda daha motivasiyası qalmayıb. Belə ki, “Kəpəz” Premyer Liqada qalmaq vəsifəsini artıq yerinə yetirib, “Səbail”in isə avrokuboklar şansı bitib. Amma bir şey də var ki, “qartallar”ı yenə Tovuza ağır səfər - uzun yolçuluq və sintetik qazonda matç gözləyir.

“Sabah”ın son 3 turda qrafiki daha çətin olsa da, ən şanslı və bununla da mövsümü xilas edərək, ardıcıl 2-ci mövsüm medalçı - gümüş mükafatçı ola bilər. Bu turda son pillənin sahibi, artıq I Liqaya düşməsi dəqiqləşən "Qəbələ"nin qonağı olacaq Masazır təmsilçisinin sonra birbaşa rəqibləriylə çətin sınaqlar gözləyir. Belə ki, Krunoslav Renduliçin komandası əvvəlcə “Sumqayıt”ı qəbul edəcək, sonra isə “Neftçi”nin qonağı olacaq. Göründüyü kimi, hər şey “Sabah”ın öz əlindədi və Avropa uğrunda rəqibləri yenmək taleyinin onlardan asılı olmaması deməkdi.

“Sumqayıt”da isə 2 ev matçında münasib rəqiblər gözləyir. Bunlar iddiası qalmayan "Səbail"lə “Qəbələ”di. 

“Neftçi”nin də “Səbail" sınağı qalıb. Lakin bu, evdə yox, səfərdə olacaq ki, ”ASCO Arena"nın yaxşı vəziyyətdə olmayan süni meydançasında vüdrəmək ehtimalı az olmur. Bugünkü rəqib “Kəpəz”in isə təkcə iddiasının qalmaması yox, heyətində cəzalıları, zədəliləri nəzərə alsaq, 8 itkinin olması Miodraq Bojoviçin komandasının işinə yaramalıdı.

Onu da bildirək ki, “Zirə”nin avrokuboklar uğrunda hər 3 rəqibiylə şəxsi oyunları artıq bitib və bu matçlarda şəxsi oyunlarda üstünlüyə malik olması ona “yaşıl işıq yandırır”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC