Oyunun çətin olacağını əvvəlcədən bilirdik. Hava şəraiti də ağır idi. Matça çox yaxşı başladıq. Oyunun kontrolu bizdə idi. Qırmızı vərəqə bütün planları alt-üst etdi. Sistemi dəyişdik. Qırmızı vərəqədən sonra 10 dəqiqə rəqibin üstünlüyü oldu. Çalışdıq düzgün mübarizə aparaq. İkinci hissədə topa nəzarət rəqibdə idi. Bir sürətli hücumla qol vurdular. Üzücü məğlubiyyətlə üzləşdik. Hələ oyunlar qabaqdadır. Növbəti matçlara hazırlaşmalıyıq. Hakimlik yenə çox zəif idi. Matçın 50-ci dəqiqəsində Vüsal Məsimova qırmızı vərəqə verilməli idi. Niyə VAR-a çağırmadılar? Barış Şimşeklə müzakirə etməyə hazıram. Bizimki də eyni epizod idi. VAR təəssüf ki, baş hakimi çağırmadı. Faiq Hacıyevin epizodu daha yüngül idi. Bəs Vüsal Məsimova niyə qırmızı vərəqə verilmir? Daha möhkəm olmalıyıq. Hakimlərə də qalib gəlmək lazımdı". Presssport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 19-cu turunun "Kəpəz"lə(2:1) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- Faiq Hacıyev komandanı çətin vəziyyətdə qoydu. Onu cəza gözləyir?
- Oyun vəziyyəti idi. Bilərəkdən olan bir şey deyil. O da təcrübə yığacaq.
- Buraxdığınız ilk qolu necə şərh edərdiniz?
- Qoldan qabaq əvəzetmə etmək istədim. Müdafiədə boşluqlar görünürdü. Rəqin Faiqin mövqeyindən hücumlar edirdi.
- "Neftçi"dən icarəyə götürdüyünüz futbolçuların performansı sizi qane etdi?
- İkisinin də potensialı var. "Neftçi"də az şans qazanırdılar. Bizdə daha çox oynayacaqlar. Özlərindən də çox şey asılıdır. Bu gün əllərindən gələni etdilər.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC