Finalda ermənini 5:0 məğlub edərək ilk dəfə Avropa çempionu oldu

Azərbaycan samboçuları Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatını 3 medalla başa vurub.

Presssport.az Azərbaycan Sambo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançılarımız yarışı 1 qızıl və 2 bürünc medalla bitirib.

2022-ci ilin dünya mükafatçısı Elvin Bağırov (64 kq) finalda Narek Dallakyana (Ermənistan) 5:0 hesabı ilə qalib gələrək, ilk dəfə böyüklər arasında Avropa çempionu olub.

Sonuncu dəfə böyüklər arasında Avropa çempionu adına 8 il öncə Amil Qasımov yiyələnib. O, 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən yarışda qitənin ən güclüsü olmuşdu.

Rəsul Aydəmirov (98 kq) və Nicat Məmmədli (58 kq) isə üçüncülük uğrunda görüşdə qalib gələrək bürünc medal əldə ediblə.

Avropa çempionatında mayın 11-12-də gənclər və yeniyetmələrin mübarizəsinə start veriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC