"Neftçi"nin baş məşqçilərinə "Kəpəz"lə ev matçına çıxmaq qismət olmur

"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın XXXIV turunda “Kəpəz”lə ev matçına sifariş olunmayıb.

Presssport.az xəbər verir ki, buna səbəb 56 yaşlı monteneqrolu mütəxəssisin cari çempionatda 4-cü “sarı”nə alaraq cəzalı duruma düşməsidi.

Bu üzdən Bojoviçi “texnik zona”da əsas köməkçisi, həmyerlisi Saşa Petroviç əvəzləyib.

Maraqlıdı ki, “Neftçi”nin cari mövsümdə baş məşqçiləri “Kəpəz”lə "Neftçi Arena"dakı matçlara komandanı çıxara bilmir. Belə ki, Bojoviçin rumıniyalı sələfi Adrian Mutu keçən il son matçında “Kəpəz”i qəbul edərkən anasının vəfatıyla əlaqədar Azərbaycanda deyildi və məhz bu matçdan sonra onun istefaya göndərilərək Bojoviçin rəsmi təqdimatı reallaşdı.

Xatırladaq ki, "Neftçinin hazırkı çalışdırıcı qış fasiləsindən dərhal sonra bu postdadı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC