"Danışılası çox şey yoxdur. Uduzduq. Bu məğlubiyyətdən gələcək oyunlar üçün dərs çıxarmalıyıq. Sadəcə, sürətimiz çatmadı. İlk hissədə sürətli çıxışlarımız oldu, qol epizodları yaratdıq. İkinci hissədə isə sürətimiz düşdü və buna görə nəticə belə oldu".
Presssport.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Premyer Liqanın XXXIV turun "Neftçi" ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
O, ardından jurnalistlərin suallarını cavablandırıb.
- Əvəzedici heyətin fubolçuları üç aydır ki, maaş almır. Bu məsələ sizi nə qədər narahat edir?
- Elə məsələdir ki, hər kəsi narahat edir. Həll etməyə çalışırıq. Son dönəmlərdə AFFA-nın klublara ayırdığı maliyyənin yarısı yoxdu, yarısı ödənilməyib. Bunların hamısının təsiri var. Təkcə bu ay deyil, o biri aylarda da belə bu cür hallar yaşanıb. Yəni, futbolçuların maaşının gecikməsini səbəbi də odur. Çalışırıq ki, bu məsələni həll edək.
- Müqaviləniz mövsümün sonuna qədər idi?
- Xeyr, hələ bir il də var.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC