"Araz-Naxçıvan" Premyer Liqanın XXXIV turunda öz meydanında "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.
Presssport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransına oyun haqda fikirlərini bildirməklə başlayıb.
- Hər iki komanda yaxşı mübarizə apardı. Komandalar meydanın hər zonasında əzmkarlıq göstərməyə çalışırdı. Neçənci oyundur ki, epizodları dəyərləndirə bilmirik. Amma yarım epizoddan qol buraxırıq. Dəyişiləsi çox şey var. Amma bu komandanın özəyini saxlamaq lazımdı. Qarşıdakı iki oyunu düşünüb çempionatı başa vurmalıyıq.
Maraqlıdı, “Araz-Naxçıvan”ın epizodları dəyərləndirə bilməməyin səbəbi nədi?: "Rəqibin istəksiz olduğunu düşünmürəm. Meydanın hər qarışı uğrunda mübarizə aparırdılar. Epizodları dəyərləndirməmək ayrı mövzudur. Bəzən konsentrasiya, bəzən də keyfiyyət lazım olur. "Araz-Naxçıvan" Premyer Liqada yeni komandadı. Daha da yaxşı olmağa cəhd etmək lazımdı".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC