“Zirə” Premyer Liqanın XXXIV turunda öz meydanında "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub.
Presssport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransına matç haqda fikirlərini bildirməklə başlayıb
- Futbolçulara təşəkkür edirəm. Amansız mübarizə göstərdilər. İstəkli və aqressiv idilər. Yaxşı oyunlarımızdan birini keçirdik, nəzərə alaq ki, rəqibimiz "Qarabağ" idi. Təəssüf ki, uduzduq. Çalışdıq, hesabı bərabərləşdirmək istədik. Alınmadı. Amma futbolçularımın bugünkü mübarizəsinə, istəyinə, əminliyinə görə fəxr etdim. Belə davam etməliyik. Qarşıda finala bərabər iki oyunumuz var.
- Birinci hissədə hakimlərə etirazınız oldu. Qərarlarla bağlı fikriniz necədi?
- Hakimlik haqda danışmaq istəmirəm, hər şey ortadadı Bunun üçün xüsusi mütəxəssis olmağa ehtiyac yoxdu. Məsələ eyni epizodlarda fərqli qərarların olmasındadır. VAR-a çağıran Cavid Cəlilovun "Qəbələ" ilə 5-ci turda VAR-a baxıb, penalti verilmədiyi epizoda baxsınlar. "Qarabağ"la görüşdə Elvin Cəfərquliyevin Məqsəd İsayevə arxadan "podkat" etdiyi epizod necə? O epizodlarda susub, bu epizodda Cavid Cəlilov Əliyar Ağayevi penalti üçün çağırırsa... Bu günün söhbəti deyil. Mövsüm başlayandan belədi.
- Əliyar Ağayev VAR-dan sonra fikrini dəyişən hakimlərdən deyil. VAR-a gedəndə qərarında qalacağına inanırdınız?
- Cavid Cəlilov çağırdı, təəccüblənmədim. Mən də epizoda baxırdım. Əliyarın ilk qərarı penalti deyildi. İnanmırdım ki, gedib qərarını dəyişərək penalti versin, məni təəccübləndirdi. Bir epizodda da Elvin Cəfərəquliyev Hacıağa Hacılıya qarşı kobud oynadı, orda da ikinci sarı vərəqə verilməliydi. Təəssüf ki, olmadı.
- Digər rəqiblərinizə baxanda, kuboku qazanaraq avrokuboklara gedə bilərsiniz. Həmin matçda fərqli taktika görə bilərik?
- Oyuna çox var. İndi kuboku düşünmürük. Qarşıda final matçlarımız var, onları fikirləşirik. Maksimum nəticələrlə ayrılmaq istəyirik.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC