"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Premyer Liqanın XXXIV turunda "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlama verib.
Presssport.az xəbər verir ki, müdaəçi əvvəlcə kapitan kimi komandasını çıxardığı oyun haqda təəssüratlarını bölüşüb: "Zirə" ilə çətin oyunun olacağını bilirdik. Çox yaxşı müdafiə olunmağı bacaran komandadı. Bunun bizə çətinlik yaradacağını təxmin edirdik. Bizim üçün oyun çətin keçdi. Sonda qalib gəldik və xoşbəxtik. Öz oyunumdan danışsam, daha yaxşı ola bilərdi. Fikrimcə, üzərimdə çalışaraq daha yaxşısına nail olacam”.
Mustafazadə mümkün penalti epizodu barədə belə deyib: “Açığı, gərək təkrarına baxım. Meydanda gördüyüm ilə təkrarda görünən fərqli ola bilər. Ona görə nəsə də bir şey deyə bilmərəm”.
27 yaşlı futbolçu gələn tur “Turan Tovuz”la qarşılaşmaya köklənəcəklərini vurğulayıb: “Yenə eyni qaydada qələbə qazanmaq üçün meydana çıxacağıq. Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC