"Təbii ki, pozitivəm. Şadam ki, qalib gəldik. Ardıcıl iki oyundu qazanırıq. Futbolçular anlamalıdır ki, Premyer Liqanı tərk etsək belə, peşəkar qalmalıyıq. Oyunçular hər zaman maksimumunu verməlidir. Biz də onlara nümunə olmağa çalışırıq. Özümüz də səhərdən axşama işləyirik. Onlar da bunu gördü. Sabah necə olacağını bilmirəm, amma onlar hər zaman belə qalmalıdı, öz markalarını saxlamalıdı. Futbolçulara bunu demişdik və onlar da bunu etdi. "Qəbələ" həm böyük klubdu, həm də gənc yaxşı futbolçulara şans verir. Onlar da özlərini yaxşı tərəfdən göstərir. Sağ cinah müdafiəçimiz olan Eşqin Əhmədovu indiyə qədər kimsə tanıyırdı? O, oyunun ən yaxşısı idi. Özünəinamlı və matça yanaşması ilə əla idi. Mərkəz müdafiəçimiz İbrahim Ramazanov da ikinci oyundur ki, meydandadı. Bütün bunlar pozitiv məqamlardı. Özlərini göstərməyə çalışırlar. Oyuna gəldikdə, qırmızı vərəqəyə qədər də, diqtə edən tərəf biz idik. Müdafiədə etibarlı və diqqətli oynadıq. Epizodlarımızdan da istifadə edib qalib gəldik. Bir neçə qol epizodumuz var idi. Əsas odur ki, qalib gəldik. Neqativ odur ki, komanda artıq Premyer Liqadan düşüb. Necə olacağını sabah görəcəyik. Əsas odur ki, işimizi yerinə yetirək. Bura gəlmişiksə - özü də xarici kimi - sona qədər peşəkar kimi çalışacağımızı maksimum göstərməliyik. Sabah necə olacağını Allah bilir. Təki, hər şey yaxşı olsun".
Presssport.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze Premyer Liqanın XXXIV turunun "Sabah"la (2:0) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
O, ardından jurnalistlərin suallarını cavablandırıb.
- Sizcə, yerli futbolçulara şans verməkdə gecikmədiniz?
- Özümüzdə də bu cür suallar var. Amma neçə vaxtdır ki, burdayıq? Hər şeyə zaman lazımdı. Gənc oyunçuları görmək, ikinci komandamızın oyunlarına getməyimiz üçün vaxt lazım idi. "Qəbələ-2"nin oyunlarına getdik və gənc futbolçuları ordan əsas komandaya cəlb etdik. Psixoloji anlar da var. Amma əmin olun ki, özüm-özümə də bu sualları verirəm.
- Sonuncu əvəzetmələr zamanı İlkin Qırtımov əsəbiləşdi, final fitini gözləmədən paltardəyişmmə otağına yollandı. Nə baş vermişdi? Bu haqda xəbəriniz var?
- Yox, Hər kəsin öz vəzifəsi var. Hamı da bunun öhdəsindən gəlməlidi. İlkinə oynamaq şansı verdik, oynadı, daha sonra zədələndi. Baş məşqçi mənəm. Fikrimcə, onun mövqeyində oynayan sağ cinah müdafiəçi və sağ cinah mərkəz müdafiəçisi bugünkü gündə ən güclüdü. Təbii ki, hər futbolçu oynamadığı üçün əsəbi olmalıdı. İlkin də təcrübəli futbolçudu. O, özünü saxlaya bilmirsə, azaddı. Mən tərəfdən problem yoxdur. O, özünü saxlaya bilmirsə, mənim yox, özünün problemidi. Bu cür anları çoxdan keçmişəm. 10-15 il əvvəl bu cür epizodlara reaksiya verirdimsə, çoxdandır ki, bunu etmirəm
- Qələbə qazanmağınızda psixoloji gərginliyin olmamasının köməyi var?
- Kimsə belə düşünürsə, mənim üçün problem deyil. Futbolçu meydana çıxırsa, ola bilməz ki, stressiz olsun. Futbolçular daim peşəkar kimi qalmalıdı. Çox oyunda sadəcə, bəxtimiz gətirmədi. "Neftçi" qapımıza bir zərbə vurdu, qalib gəldi. "Səbail"lə görüşdə 2:0 qalib gəlirik, sonda uduzuruq. Bəhanə gətirmirəm, sadəcə, faktları deyirəm.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC