"Səbail" Azərbaycan Premyer Liqanın XXXIV turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olub.
Presssport.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransına görüş haqda danışmaqla başlayıb.
- Uduzmağımıza baxmayaraq, meydanda komanda var idi. "Sumqayıt"ı təbrik edirəm. Amma bu gün "Səbail" daha yaxşı futbol oynadı. Mənim üçün əsas oyundu. Oyun olduqda nəticə gələcək. 6-cı yer də bizim üçün nəticədi. Gələn il daha yaxşı olacağıq. Yeni komandayıq. Stabilliyin çatmaması normaldı. İtirdiyimiz xallar bizi çox məyus edir. Avrokuboklar uğrunda mübarizə aparan komandaların hər biri ilə başabaş oynadıq. İrəli baxırıq, nikbinəm. Futbolçularımla fəxr edirəm. "Sumqayıt"ı 90 dəqiqə təzyiq altında saxladıq. Standart vəziyyətlərdən asan qollar buraxdıq. Bizim də penaltimiz var idi. O verilsəydi, oyun dəyişəcəkdi.
- Mövsümün əvvəlində yığdığınız sürəti sona qədər çatdıra bilmədiniz. Səbəb nədi?
- Yeni heyətin olması imkan vermədi. Nə qədər rotasiyalar etmişəm. İdealı tapmaq üçün zaman lazımdı. 8 ayda bunları etmək çox çətindi. “6-lıq” üçün oynayırdıq. Amma gələn mövsüm üç mövqeyi düzəldə bilsək, daha etibarlı oynayacağıq.
- Yeni mövsümlə bağlı rəhbərliklə danışığınız olub?
- Hələ ki yox. Problemlərin həllini düşünmək lazımdı.
- Bu mövsüm "Sumqayıt"a dörd oyunun hamısında uduzmusunuzz...
- Bu gün hansı komanda güclü idi? Düşünürəm ki, “Səbail” güclü idi. Avrokubok hədəfi qoymamışdıq. Buna layiq olub-olmamaq başqa şeydi. Bu sözü komandaya demək olmaz. “Səbail” avrokuboklarda oynamağa layiq komandadır. Futbol faktı sevir. Düzdür, nəticələr ortadır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC