"Sumqayıt" Premyer Liqanın XX turunda doğma meydanda "Səbail"i 2:1 hesabı ilə məğlub edib.
Presssport.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransına görüşü dəyərləndirməklə başlayıb.
- Futbolçularımı təbrik edirəm. Həftə içində onlar, əsasən də legionerlər canfəşanlıq göstərirdi, azarkeşləri stadiona dəvət edirdi. Bu gün yaxşı dəstək var idi. Zeynəb Məmmədyarova, İlham Zəkiyev, Rafael Ağayev, Murad Arif - hər birinə təşəkkür edirəm. O cür dostlarımız var. Məncə, bizə heç kim dəyə bilməz. Onlar yanımızda olanda başqa motivasiya verir. Oyuna gəldikdə, futbolçular psixoloji olaraq çox yüklənib. Bu, yaxşı deyil. Avropada olmaq istəyirlər. Bunun qarşısını ala bilmərik. Bəlkə də təyziq bu cür oynamağa səbəb olur.
- Həmkarınız Şahin Diniyev "Səbail"in daha yaxşı oynadığını dedi...
- Artıq "Səbail"lə oyunlardan sonra dördüncü mətbuat konfransıdır ki, eyni sual verilir. Amma dördüncü dəfə də biz uduruq. Şahin müəllim məşqçim olub. Belə görübsə, haqq qazandırıram. Doğrudan da "Səbail" yaxşı oynadı.
- Kənarda sakit görünürdünüz. Bu, futbolçuları təzyiqə salmamaq üçün idi?
- Səbəb sırf bu idi. Mən də öz təzyiqimlə onları yükləmək istəmirdim. Həmin ərəfə deyil ki, coşum, hirslənim. İstəmədən özümü cilovlamışam.
- İkinci yeri tutmaq üçün "Sumqayıt"a nə mane ola bilər?
- Məni qorxudan futbolçuların üzərində olan təzyiqdi. Düşünürəm ki, qol buraxsaq, nələr baş verə bilər. “Sına” da bilərik. Şükürlər olsun ilk qolu buraxmırıq.
- Bəli. Amma futbolçularım olmasaydı, bunu əsla edə bilməzdim.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC