"Qəbələ" idmançısı Avropa çempionatında bürünc medalçı olub

Azərbaycan millisinin və “Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev Avropa çempionatında bürünc medal qazanıb. 

Presssport.az xəbər verir ki, 74 kq çəkidə mübarizə aparan idmançımız Serbiyanın paytaxtı Belqradda keçirilən yarışda fəxri kürsünün 3-cü pilləsinə qalxıb. 

O, Nimrod Krivişski (İsrail), Sebastian Tune (Norveç) və Strainja Milinkoviçə (Serbiya) 2:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. 

Ağayev bu mərhələdə ispaniyalı Daniel Quesada ilə qarşılaşıb. Görüşdə rəqib 2:0 hesabı ilə qalib gəldiyi üçün taekvondoçumuz bürünc medala yiyələnib. 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC