Mahir Emreli "Dinamo"dakı gələcək taleyi haqda danışdı: "Doğru qərarı qəbul edəcəyik"

“Klubda qalıb-qalmayacağım bəlli deyil. Amma doğru qərar nədirsə, onu da qəbul edəcəyik”.

Presssport.az xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

26 yaşlı hücumçu yay transfer dönəmi ilə bağlı hələlik planının olmadığını bildirib: "Baxacağıq, hansısa klubla danışıq aparmırıq. Bu işlərlə agentlər məşğul olurlar. Mən isə öz üzərimə düşəni edirəm. Gözləyəcəyik".

Emreli üçüncü dəfə Zaqreb təmsilçisi ilə Xorvatiya çempionu olmasına da toxunub: "Önəmli olan da bu idi. İl ərzində fikrimizi buraya yönəltmişdik. Mövsümə o qədər də yaxşı başlamamışdıq. Rəqiblərdən bir neçə xal geri düşdük. Amma sonda çempionluğu əldə etdik. Bu il bizim üçün çox vacib idi. Qışadək komandam üçün əlimdən gələni etdim. Sonra zədə ilə üzləşdim. İndi yenidən qayıdıram. Ümid edirəm ki, son matçlarda şans qazanacam və özümü yaxşı tərəfdən göstərəcəyəm".

Xatırladaq ki, Emrelinin "Dinamo" ilə 2026-cı ilin yayınadək müqaviləsi var (report.az).

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC