"Hücumçuyam, missiyalarımdan biri qol vurmaqdı. Lakin təbii ki, het-trik hər zaman diqqət çəkir. Qollarıma görə çox sevindim. Oyunumdan çox razıyam".
Presssport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin braziliyalı hücumçusu Andre Şinyaşiki öz ölkəsinin mətbuatına açıqlamasında deyib.
Premyer Liqanın XXXIV turunda "Kəpəz"lə “Neftçi Arena”dakı oyunda (5:1) het-trik edən 26 yaşlı futbolçu komandasının avrokubok şansları şansları haqda da nikbin danışıb: "İki tur qalıb. Bu iki oyunda qalib gəlsək, 2-ci yeri tutacağıq. Oyunlarımızdan biri birbaşa rəqiblə, biri isə heç bir iddiası qalmayan komanda ilə olacaq. Amma hər ikisinə eyni şəkildə hörmətlə yanaşırıq”.
Bu yerdə bildirək ki, “Neftçki” növbəti turda iddiasız “Səbail”in qonağı olacaq, son turda isə avrokuboklar uğrunda rəqiblərindən biri “Sabah”ı qəbul edəcək.
Xatırladaq ki, Şinyaşiki bu mövsüm "Neftçi"də 31 oyuna 5 qol vuraraq 6 qol ötürməsi edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC