AFFA İcraiyyə Komitəsinin üzvü, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qurumun iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.
Presssport.az 52 yaşlı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:
- Maraqlı görüş oldu. Gələcək planlarla bağlı müzakirələr apardıq.
- Təklifləriniz oldu?
- Elə bir ciddi əlavəm olmadı. Bəzi detallar ətrafında müzakirələr getdi. Hamımız öz fikrimizi bildirdik. Belə görüşlərin tez-tez keçirilməsi qərara alındı. Birdən-birə düşünülən fikirlərin hamısını həyata keçirmək asan deyil. Qarşıdakı görüşlərdən sonra ətraflı qərarlar olacaq.
- Premyer Liqada komanda sayının artırılmamasının əsas səbəbi nə göstərildi?
- Şərait, infrastruktur. Premyer Liqada iştirak edən klubların da problemləri var. Regionlarda infrastrukturun yaxşılaşdırılması diqqətə alındı. Hazırda buna tam hazır olmadığımız bildirildi. Gələcəkdə komandanın sayı artırıla bilər. Avropadakı bəzi ölkələrdəki komanda sayına çatdırılması məsələsinə toxunuldu.
- İnfrastrukturun yaxşılaşdırılması AFFA tərəfindən olacaq, yoxsa dövlətə müraciət olunacaq?
- Hazırda görünən odur ki, AFFA tərəfindən olacaq. AFFA da bütün qərarlarında dövlətlə məsləhətləşəcək. Yəqin ki, sonda ən doğru qərar veriləcək.
- Klublara dövlət tərəfindən ayrılan vəsait dəyişəcək?
- Bu, qarşıdakı görüşlərdə müzakirə olunacaq. Yəqin ki, illik xərclər hesablanandan sonra bu məsələyə qayıdacaqlar.
- Legioner limiti ilə bağlı sizin fikriniz necədir?
- Ortaq mövqe oldu. Bu məsələ çox da müzakirə olunmadı.
- I Liqada çempion olan komanda Premyer Liqaya yüksələcək?
- Çempion olan komanda lisenziya şərtlərinə hazır olmalıdı. Məncə, həmin komandaya lisenziya veriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC