“Bəli, idman prinsiplərinə əsasən belədi ki, "Qəbələ"..." - İK üzvü

“İclasda əsasən Premyer Liqadakı legioner limiti və komandaların sayı ilə bağlı danışdıq. Eləcə də büdcə barədə müəyyən müzakirələr aparıldı”. 

Presssport.az xəbər verir ki, bu sözləri AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Maqsud Adıgözəlov jurnalistlərə açıqlamasında deyib.

O, Premyer Liqasında legioner limitinin artırılmadığını bildirib: “Legioner limiti olduğu kimi saxlanıldı - 7+4. Lakin sonrakı, 2025/26 mövsümündən etibarən limitin 8+3 olması barədə qərar qəbul edildi”.

Millinin baş məşqçi məsələsinin AFFA İcraiyyə Komitəsinin bugünkü iclasının gündəliyində olmadığını söyləyən Adıgözəlov “Qəbələ”nin Premyer Liqa ilə vidalaşdığını vurğulayıb: “Bəli, idman prinsiplərinə əsasən belədi”. 

Məlumdu ki, toplantı 4 saatdan artıq davam edib. Bu, müzakirələrin gərgin olmasından xəbər verir? “Sabah”ın prezidenti bunu belə cavablandırıb: “Xeyr, gərgin olmayıb. İclas iş prosesinə uyğun olaraq çox çəkdi”.    


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC