“Müzakirə olunan məsələlər çox idi. Sərxan müəllim (AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev nəzərədə tutulur - red.) press-relizi hazırlayıb təqdim edəcək. Əsas qərar odur ki, qısa müddətdən sonra yenidən görüşəcəyik. Bu il ərzində İcraiyyə Komitəsinin iclasları daha tez-tez keçiriləcək. Məsələlər çoxdu. Müzakirələr kifayət qədər zaman və səbr tələb edir”.
Presssport.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövşən Nəcəf İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
O, milli komandamızın baş məşqçi məsələsi ilə bağlı sualı qısaca belə cavablandırıb: “Milliyə baş məşqçi təyinatı qısa müddətdə olacaq”.
Nəcəf növbəti mövsümdə Premyer Liqada iştirakçı sayı artırılmayacağını da açıqlayıb: "Bu, təkcə say artımı ilə bağlı olan məsələ deyil. Zəruri olan infrastruktur, insan resursları, o cümlədən hakimlər kifayət qədər olmalıdı. Eləcə də klubların stadionları, bazaları olmalıdı. Əsas hədəf olaraq Premyer Liqanını keyfiyyətinin artırılmasını istəyirik. Gələcək mövsümlərdə klubların sayının artırılması məsələsinə yenidən baxılacaq və say artırılacaq. Amma nə qədər artırılacaq, bu, strategiyadan asılı olacaq. Hansı ki, qısa zamanda hazırlayıb ictimaiyyətə təqdim edəcəyik”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC