Millimizin futbolçusu Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” ulduz futbolçusu Luiş Nani ilə yollarını ayırıb.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Nani ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 37 yaşlı portuqaliyalı cinah yarımmüdafiəçisi bu mövsüm Türkiyə Super Liqasında 28 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC