Qadınlardan ibarət həndbol millimiz Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək

Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək.

Presssport.az Azərbaycan Həndbol Federasiyasının (AHF) mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 16-sı start götürəcək yarışda 9 komanda mübarizə aparacaq.
Turnirdə yığmamızla yanaşı Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın komandaları mükafatlar uğurunda yarışacaq.

Millimiz Qazaxıstanın ALMATA REGİON, Özbəkistanın ROPSTTM və OKMK klubu ilə birgə A qrupunda çıxış edəcək. Həndbolçularımız ilk oyununu mayın 16-ı saat 10:30-da OKMK klubuna qarşı keçirəcək.

Qrup mərhələsində ilk iki yeri tutan komandalar yarımfinala yüksələcək.

Turnirə mayın 21-də yekun vurulacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC