AFFA İntizam Komitəsi (İK) "Sabah"ın futbolçusu Davit Volkovu 2-si şərti olmaqla 4 oyunluq cəzalandırıb.
Presssport.az xəbər verir ki, buna təcrübəli hücumçunun "Qəbələ"yə uduzduqları (0:2) Premyer Liqanın XXXIV turunun matçında birbaşa qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub.
Sona 2 tur qaldığını nəzərə alsaq, 29 yaşlı Volkov müqaviləsi bitməkdə olan “Sabah”da bu mövsüm daha oynaya bilməyəcək. Üstəlik, yay fasiləsində klubunu dəyişməkdə israrlıdı.
Gürcü forvarda 3 ay sınaq müddəti təyin edilib. Paytaxt təmsilçisi legionerinin hərəkətinə görə 3000 manat cərimələnib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC