AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXXIV turunda baş tutan “Zirə” - “Qarabağ” matçında yaşananlara görə meydan sahiblərinə xəbərdarlıq edib.
Presssport.az xəbər verir ki, buna səbəb qəsəbə təmsilçisinin azarkeşlərinin 89-cu dəqiqədə hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi olub.
Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA xəbərdarlıqla kifayətlənib.
Sözügedən matçda 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” 700 manat cərimələnib.
XXXIV turun “Neftçi” – “Kəpəz” oyununda Şakir Seyidov 75-ci dəqiqədə ciddi qayda pozuntusuna yol verdiyinə və bu səbəbdən qırmızı vərəqə ilə meydandan qovulduğuna görə Gəncə klubu 1500 manat cərimələnib. Futbolçu isə iki oyunluq diskvalifikasiya edildiyindən, onun üçün bu mövsüm artıq başa çatıb.
İK “Sumqayıt”a 800 manat cərimə kəsib. Buna səbəb "gənclik şəhəri" təmsilçisinin "Səbail"a qalib gəldiyi (2:0) qarşılaşmadan sonra meydana kənar şəxslərin daxil olmasıdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC