"Yenə də AFFA-dan zəng getdi ki, Tərlan Əhmədov göndərilməlidi, çünki..." - Ramin Musayev

"Əsgərin fikri nədir? General olmaq. Məşqçinin fikri nədi? Yaxşı nailiyyət qazanmaq, yaxşı komandada çalışmaq, millinin baş məşqçisi olmaq. Artıq onların qarşısına qadağa qoyulur ki, səndən baş məşqçi ola bilməz, sən azərbaycanlısan. Bu düzgün deyil". 

Presssport.az xəbər verir ki, bu sözləri ARB 24-ə açıqlamasında Peşəkar Futbol Liqasının sabiq prezidenti Ramin Musayev deyib.

O, hazırda Azərbaycan millisinin baş məşqçi vəzifəsinin boş olmasına toxunaraq deyib ki, bu vəzifəyə mütləq əcnəbi yox, yerli mütəxəssis gətirilməlidi: “Bir də deyirəm, gəlin baxaq, görək, hansı əcnəbi məşqçi gəlib Azərbaycan millisinə kömək oldu? Bu gün nəticəyə gələ bilmirlər ki, kimi baş məşqçi qoyaq. Burdan deyirəm - Tərlan Əhmədovu baş məşqçi təyin etsinlər. O, nəticə qazanmasa, Azərbaycanı tərk edəcəm. Sözümü deyirəmsə, ona cavabdehəm. Amma mane olmamaq şərti ilə”.

Musayev Əhmədovun “Neftçi”də baş məşqçi işlədiyi dövrə də toxunub: "Vaxtilə "Neftçi" axırıncı pillədə olanda, məşqçi axtaranda zəmanət verdim. Tərlan Əhmədov bu kluba baş məşqçi təyin olundu, avrokuboklara vəsiqə də qazandı. Amma sonra onu işdən çıxardılar. Niyə çıxardılar? Çıxartdırdılar! Yenə də AFFA-dan zəng getdi ki, Tərlan göndərilməlidir. Niyə? Çünki Ramin Musayevin adamıdı". 

Xatırladaq ki, 53 yaşlı Əhmədov “Kəpəz”dən gedəndən sonra 1 ildi işsizdi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC