Millimiz 2 yoxlama oyunu keçirib, Qızıl Avropa Liqasına hazırlığı başa vurub

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub.

Presssport.az xəbər verir ki, təlim-məşq prosesinin son mərhələsini Sloveniyada keçən komanda bu gün yarışın ilk turuna ev sahibliyi edən Xorvatiyaya yola düşüb.

Maribor şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində voleybolçularımız Avstriya millisi ilə iki yoxlama oyunu keçirib. Oyunların birində heç-heçə (2:2) qeydə alınıb, digərində isə yığmamız 1:3 hesabı ilə məğlub olub. Bu qarşılaşmalarda əsasən gənc voleybolçular çıxış edib.

Xatırladaq ki, Faiq Qarayevin komandası mübarizəyə mayın 17-də start verəcək. 17-19 may tarixlərində Xorvatiyada keçiriləcək ilk turda millinin rəqibləri meydan sahibləri və Slovakiya yığması olacaq. Mayın 24-dən 26-dək Rumıniyada keçiriləcək ikinci turda isə komandamız meydan sahibi ilə yanaşı, İsveç yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may - 2 iyun tarixlərində Azərbaycanda baş tutacaq. Doğma meydanda rəqiblər Estoniya və Avstriya yığmaları olacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC