"Səbail"in sabiq legioneri Matiya Lyuyiç yenidən Azərbaycanda oynaya bilər. Presssport.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, "Uypeşt"in 30 yaşlı serbiyal yarımmüdafiəçisi Premyer Liqamızdan təklif alıb.
Budapeşt təmsilçisində az oynamaq şansı qazanan təcrübəli futbolçu ölkəmizdə oynamağa isti yanaşır.
Xatırladaq ki, Lyuyiç 2022/23 mövsümünün ikinci yarısını icarə əsasında "Səbail"də keçirərək 16 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC