AFFA-nın İntizam Komitəsi “Sabah” klubunun 16 yaşadək oğlanlardan ibarət komandasının məşqçisi Nəbi Nəbizadəni 5 oyunluq cəzalandırıb.
Presssport.az xəbər verir ki, buna səbəb onun U-16 Liqasında keçirilən “European Football Academy” – “Sabah” matçında hakimlər briqadasını təhqir etməsi olub.
“European Football Academy”nin 17 yaşadək oğlanlardan ibarət komandasının üzvü Kənan Aslan isə 4 oyunluq cəzalandırılıb. Buna səbəb futbolçunun “Neftçi”nin U-17 komandasıyla görüşdə hakimi təhqir etməsi olub.
İntizam Komitəsi Yüksək Qızlar Liqasında Ağcabədini təmsil edən “Olimpiya"ya 0:3 hesablı texniki məğlubiyyət verib. Buna səbəb “Olimpiya”nın digər Ağcabədi təmsilçisi “Baku Juniors-Olimpiya” ilə matça gəlməməsi olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC