Moskva "Spartak"ının yeni baş məşqçisi müəyyənləşib.
Presssport.az xəbər verir ki, bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.
Belə ki, "Ferentsvaroş”un baş məşqçisi Deyan Stankoviç Premyer Liqa təmsilçisi ilə anlaşıb.
"İnter"in və Serbiya millisinin sabiq yarımmüdafiəçisi növbəti mövsümdən "Spartak"ı çalışdıracaq. O, bu vəzifədə ötən ay istefaya göndərilən italiyalə Gilyermo Abaskalı əvəz edəcək.
45 yaşlı Stankoviç "Sampdoriya" və "Srvena Zvezda"nı da çalışdırıb. O, "Udineze" və "İnter"də isə köməkçi məşqçi işləyib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC