Azərbaycan Taekvondo Federasiyasının (ATF) inzibati binasında məşqçi-müəllimlərin seminarı öz işinə başlayıb. Presssport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, ATF-in texniki direktoru Oh Kvang Çeolun rəhbərlik etdiyi təlimlərə III və daha yuxarı Dan dərəcəsinə sahib 42 mütəxəssis qatılıb.
Seminardan öncə ATF-in vitse-prezidentləri Hikmət Səmədov və Niyaməddin Paşayev məşqçi-müəllimlərlə görüşüb. Onlarla fikir mübadiləsi aparan vitse-prezidentlər çalışdırıcılara uğurlar arzulayıb.
Qeyd edək ki, seminar yanvarın 26-da başa çatacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC