Rusiya millisinin qapıçısı Andrey Lunyov 1 ilə yaxın çıxış etdiyi “Qarabağ”la mümkün yeni müqavilə ilə bağlı danışıb.
Presssportaz xəbər verir ki, 32 yaşlı qolkiper "Match TV"yə açıqlamasında danışıqların davam etdiyini açıqlayıb.
Lunyov "Qarabağ" sənə yeni müqavilə təklif edib?" sualını belə cavablandırıb: "Bəli, müzakirə prosesindəyik. Danışıqlar davam edir. İndi diqqətlər yalnız mövsümün sonunadı. Mövsüm başa çatanda gələcəyimlə bağlı bəzi qərarlar verəcəm".
Xatırladaq ki, Andrey "Qarabağ"la “1+1 il” şərtiylə müqavilə imzalayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC