AFFA prezidenti Rövşən Nəcəf Tailandın paytaxtı Banqkokda təşkil olunan FIFA-nın 74-cü Konqresində bir sıra görüşlər keçirib.
Presssport.az milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, qurum rəhbəri Türkiyə, ABŞ, Fransa, Gürcüstan, Belarus, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Çexiya, Şotlandiya, Uels və Şimali İrlandiya futbol federasiyalarının rəhbərliyi ilə görüşüb.
Burda müxtəlif mövzülarda fikir mübadiləsi aparılıb, gələcəkdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Onu da bildirək ki, tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev də iştirak edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC