Yunanıstan Super Liqasında baş məşqçi istefası gerçəkləşib.
Presssport.az xəbər verir ki, "Panatinaikos" Fatih Terimlə yollarını ayırıb.
Bu barədə 71 yaşlı türkiyəli mütəxəssis öz sosial şəbəkə hesabında məlumat verib.
Belə ki, “İmperator” ləqəbli məşqçiylə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, Terim ötən ilin dekabrında "Panatinaikos"un baş məşqçisi təyin olunmuşdu. Afina klubu Super liqada 4-cü pillədə olaraq çempionluq şansını itirsə də, finala yuksəldiyindən ölkə kubokunu qazanmaq imkanına malikdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC