"Yuventus" Alleqrini qovdu - davranışlarına görə

İtaliya A Seriyasında mövsümün bitməsinə iki tur qalmış baş məşqçi istefası reallaşıb.

Presssport.az xəbər verir ki, "Yuventus" Massimiliano Alleqri ilə yollarını ayırıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli italiyalı mütəxəssisin qovulmasının səbəbi ölkə kubokunun final görüşü zamanı və oyundan sonra “Yuventus”un dəyərlərinə və onu təmsil edənlərin qəbul etməli olduğu davranışlara uyğun gəlməyən bəzi davranışlar göstərilib.

Bu yerdə bildirək ki, 56 yaşlı Alleqri "Atalanta" ilə matç zamanı hakimin qərarına sərt etiraz edərək gödəkcəsini cırıb, daha sonra 4-cü hakimin üzərinə hücum edib. O, həmçinin oyundan sonra jurnalisti hədələyib.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC