Cüdoçularımız İspaniyada Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın gənc cüdoçuları İspaniyanın Malaqa şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək.

Azərbaycan Cüdo Federasiyasından Presssport.az-a verilən məlumata görə, cüdoçulara gənclərdən ibarət millinin baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.

Ö‌lkəmiz yarışda oğlanlar arasında 7 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq. 

Daha sonra onlar mayın 20-22-də Malaqada təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaq.

60 kq

Əli Hacıyev
Murad Muradlı

66 kq

Mehdi Cəfərov
İslam Rəhimov
Məhəmməd Musayev

73 kq

Aydın Rzayev
Əbil Yusubov

81 kq

Süleyman Şükürov
Əli Hacızadə

90 kq

Davud Namazlı
Tuncay Şamil

100 kq

Əjdər Bağırov

+100 kq

Kənan Nəsibov
İlkin Baxşəliyev

Onu da bildirək ki, Avropa Kuboku mayın 18-19-da keçiriləcək. Turnirdə 21 ölkədən 351 idmançı iştirak edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC