"Neftçi" çempion oldu

AFFA-nın təşkil etdiyi Yüksək Qızlar Liqasında 2023/24 mövsümünə bu gün yekun vurulub.

Presssport.az xəbər verir ki, sonuncu – XVIII turda “İnter” (Xaçmaz) üzərində 14:0 hesablı qələbə qazanan “Neftçi” yarışın qalibi olub.

“Sumqayıt” 2-ci, “Baku Juniors” isə 3-cü yeri tutub.

Oyundan sonra ilk 3 yerin sahibləri medallar və diplomlarla təltif olunub. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. “İnter”in futbolçusu Bədriyyə Mavludova mövsümün ən yaxşı oyunçusu, “Neftçi”nin üzvü Günay İsmayılova ən yaxşı qapıçısı seçilib. Mövsüm ərzində 77 qol vuran “Neftçi”nin oyunçusu Aysun Seydiyeva isə ən məhsuldar futbolçuya verilən mükafata sahib olub.

THY Futbol Mərkəzində təşkil edilən mərasimdə mükafatları AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, qurumun Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova və “Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov təqdim edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC