Azərbaycan Premyer Liqasının XIX turu erkən göstərilən qırmızı vərəqə ilə əlamətdar olub. Presssport.az xəbər verir ki, “Turan Tovuz”un futbolçusu Faiq Hacıyev “Kəpəz”lə səfər oyununun 9-cu dəqiqəsində cəzalanıb.
O, mövsümün antirekorduna imza atıb. Bunadək ən erkən qırmızı vərəqə VI turun “Zirə” – “Sumqayıt” oyununda (1:0) qeydə alınmışdı. Pyer Zebli 11-ci dəqiqədə meydan sahiblərini azlıqda qoymuşdu.
Faiq həm də Premyer Liqanın PFL-in bayrağı altında keçirildiyi 2008-ci ildən indiyədək ən erkən qırmızı vərəqə alan azərbaycanlı futbolçu olub. Bu müddətdə yerli statusa malik futbolçulardan heç biri daha tez cəza almayıb.
Ümumilikdə isə Hacıyev PFL bayrağı altında təşkil olunan Premyer Liqada 3-cü ən erkən qırmızı vərəqənin müəllifidir. 2017/18 mövsümündə iki legioner daha tez meydandan kənarlaşdırılıb. “Kəpəz”in keçmiş üzvü Dedimar Fereyra 2017-ci il noyabrın 18-də “Səbail”lə ev matçının (2:3) 5-ci, “Zirə”nin sabiq futbolçusu Milan Duriç isə 2018-ci il mayın 12-də “Kəpəz”lə ev görüşündə (2:1) 9-cu dəqiqədə belə ağır cəza alıb. Ən erkən üç qırmızı vərəqənin hamısı Gəncə klubunun iştirak etdiyi görüşlərə təsadüf edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC