“Kəpəz” Premyer Liqanın XXXV turunda öz meydanında "Zirə"yə 0:1 heszabı ilə məğlub olub.
Presssport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransına qarşılaşma haqda fikirlərini bölüşməklə başlayıb.
- Azarkeşlərimizə təşəkkür edirəm. Hesaba baxmayaraq, bizi dəstəkləyirdilər. Futbolçularım sona qədər döyüşdülər. Bu gün qazandıq. Bu, komandada psixoloji durumun yaxşılaşmasıdır.
- Rəqibin qolundan öncəki epizod barədə fikirləriniz necədir?
- Rəvan Həmzəzadə ən yaxşı hakimlərimizdəndi. Onun həmişə ən yüksəklərdə olmasını istəyirəm. Futbol oynamağa imkan verir. Bəzi hakimlər kimi hər epizodda fit çalmır. Narazılığım oyunun stressindən ola bilər.
- Oyundan sonra Rəşad Sadıqovla aqressiv görüşdünüz. Bunun səbəbi nə idi?
- Hamını təbrik edib meydançadan çıxdım. Elə görüşməyimiz ərkiyanə ola bilər. Kişi kimi əllərini sıxıb təbrik etdim.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC