"Oyun psixoloji baxımından çətin idi. Turnir cədvəlindəki vəziyyət təzyiq göstərirdi. İtkilərimiz var idi. İlk yarı istədiyimiz kimi oynaya bilmədik. İkinci yarıda Brayan Moreno gözəl qol vurdu. Ondan sonra oyun da açıldı, daha güvənli oynamağa başladıq. Layiqli qələbə qazandıq. Qol epizodlarını reallaşdırdıq. Bu oyuna iki yarımmüdafiəçi ilə başlamaq istəyirdik. Ən azından qol buraxmamağa çalışırdıq. Çünki bu cür meydançada oynamaq çətindir. Ona öyrəşməmişik".
Presssport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın XXXV turunun "Səbail"lə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
"Sabah"la oyun avrokuboklara getmək üçün “ağ-qaralar” üçün həlledici olacaq. Bu görüşdə onlara da heç-heçə sərf edəcək. Görəsən, Bojoviçin komandası qələbə üçün oynayacaq?: "Evdə daha yaxşı oynayırıq. Nəticələr də bunu göstərir. Azarkeşlərimiz qarşısında hansısa taktiki gediş barədə düşünmək yersiz olar. "Sabah"la oyunda qələbə haqda fikirləşəcəyik. Əksi haqda fikirləşmirəm də. Yəqin ki, həmin görüşdə azarkeşlər daha çox olacaq, stadion dolacaq. Bu gün bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm"
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC