“Sabah” Premyer Liqanın XXXV turunda doğma meydanda "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.
Presssport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransına görüşü dəyərləndirməklə başlayıb.
- Futbolçularımı təbrik edirəm. Bu gün fantastik oyun oynadılar. Qələbəyə layiq idik. Təzyiq altında oynamaq asan deyildi. Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdi.
- Avrokuboklara gedə bilməsəz, "Qəbələ"yə məğlubiyyətə görə futbolçuları günahlandıracaqsız?
- Fikrinizə hörmət edirəm. Bir şeyi də nəzərə alaq ki, bu komanda iki ay əvvəl 8-ci yerdə idi. Son 6 oyunda 5 qələbə qazanmışıq. 2-3-cü olmaq üçün yetərincə şansımız var. Hər şey özünüzdən asılıdı. Qələbə qazansaq, avrokuboklara gedəcəyik.
- Hər iki hissənin əvvəlində "Sumqayıt" üstün görünürdü. Bunun səbəbi nədir?
- Sizinlə razı deyiləm. Bütün oyunu yaxşı keçirdik. Rəqibə yaxşı təzyiq etdik. Onların bir dəfə künc vəziyyətindəb qol fürsəti oldu.
- İkinci olmağınız üçün "Neftçi"ni udmalı və "Zirə"nin xal itirməsini gözləməlisiz. "Səbail"ə güvənirsiz?
- Niyə də yox?! Favorit komandaların xal itirdiyini çox görmüşük. "Neftçi" ilə matç çox ağır olacaq. Onlar da qalib gələ bilərlər.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC