Manteka da "ofsayd"da

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 19-cu turunda “Qəbələ” ilə az sonra başlayacaq oyunda bir neçə futbolçunun xidmətindən istifadə edə bilməyəcək. Presssport.az xəbər verir ki, zədəlilər sırasına Oktavio Manteka da qoşulub. Belə ki, ispaniyalı yarımmüdafiəçi Antalyadakı təlim-məşq toplanışında Rumıniyanın "Hermannstadt" klubu ilə yoxlama matçında zədələnib. Buna görə Monteka Qəbələdəki matça ümumiyyətlə, sifariş olunmayıb.

Xatırladaq ki, sumqayıtlıların yarımmüdafiəçiləri - kapitan Vüqar Mustafayevlə şimali makedoniyalı Kristian Velinovski əməliyyatdan sonra bərpa prosesi keçir.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC