Araz-Naxçıvan" Premyer Liqanın XXXV turunda səfərdə "Qəbələ"yə 0:2 hesabı ilə məğlub olub.
Presssport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransına oyun haqda danışmaqla başlayıb.
- Ən zəif oyunlarımızdan biri idi. Komandada qalsam, bəzi futbolçularla davam edəcəyik, bəziləri ilə yollarımızı ayıracağıq. "Qəbələ"ni təbrik edirəm. Burada olmaq xoş idi. İnanıram ki, onlar yenidən Premyer Liqaya qayıdacaq. Bir oyunumuz qalıb. Bundan sonra rəhbərliklə, komanda ilə gələcək planları müzakirə edəcəyik.
- Bura rəqib kimi gəlmək hansı hissləri yaratdı sizdə?
- Özümü Qəbələdə rəqib, qonaq kimi hiss etmədim. Mən məşqçi kimi burada formalaşmışam. "Qəbələ" Azərbaycan futbolu üçün dəyərlidir. Klubun yaxşı prezidenti var, futbolu sevir. İnanıram ki, "Qəbələ" yenə əvvəlki ad-sanını bərpa edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC