"Bu gün 6:0 qalib gəlməli idik" - Tsxadadze

"Qəbələ Azərbaycan Premyer Liqasının 35-ci turunda doğma meydanda "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransına görüş haqda danışmaqla başlayıb.

- Uşaqlara təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. Son matçlarda yaxşı oyun nümayiş etdiririk. Təəssüf ki, aşağı liqaya düşürük. Fubolçular öz peşakarlıqlarını göstərib oyunlara yaxşı köklənirlər. Daha çox qol vura bilərdik. Çoxlu qol epizodlarımız oldu. Premyer Liqada qalsaydıq, gələn mövsüm yaxşı yerlər uğrunda mübarizə apara bilərdik. Nə edək? Həyat mübarizədir.

- Futbolçuların keyfiyyətindən şikayət edirdiz. Amma komandanın Premyer Liqanı tərk edəcəyi dəqiqləşəndən sonra onlar daha yaxşı oynamağa başladı. Nə baş verdi?

- Keyfiyyətin aşağı olmasını deməmişəm. Fərdi səhvlərin çox olduğunu bildirmişəm. Bu gü müdafiədə səhvlərə yol vermədik deyə qol buraxmadıq. Amma diqqətli olsaydıq, 6 qol vura bilərdik. Bunun üzərində çox çalışmalıyıq. Bu gün 6:0 qalib gəlməli idik. Əksər matçarlda yaxşı oynamışıq. Ya bəxtimiz gətirməyib ya da ustalıq çatmayıb. "Neftçi" ilə oyunda biz 5 zərbə vurduq, amma fərqlənə bilmədik. Onlar isə 1 zərbədən qol vurdular.

- Düşünmürsüz ki, "Qəbələ"nin Premyer Liqanı tərk edəcəyi dəqiqləşəndən sonra futbolçular özlərini başqa klublara göstərirlər?

- Hər şey haqda danışa bilərik. Amma fakt birdir, komanda Premyer Liqanı tərk edib. Hər futbolçu özünü də fikirləşməlidir. Buna normal baxıram. Amma bunun pis tərəfi də var ki, oyunçu gərginlik zamanı yaxşı performans göstərə bilmir. Gərginlik azalandan sonra isə daha yaxşı çıxış edir. Futbolda hər zaman gərginlik olur. Bunun öhdəsindən gəlməlisən.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC