Türkiyə Super Liqasının XXXVII turunda “Qalatasaray” “Fənərbaxça” ilə üz-üzə gəlib.
Presssport.az xəbər verir ki, turun bağlanış matçı "Rams Qlobal Stadionu"nda baş tutub.
İstanbul derbisində qonaqlar qələbə qazanıb - 1:0.
Görüşdə yeganə qolu 71-ci dəqiqədə müdafiəçi Çağlar Söyüncü vurub.
Bu nəticənin ardından “Fənərbaxça” xallarının sayını 96-ya çatdıraraq turnir cədvəlində 2-ci sırada qalıb. "Qalatasaray" isə 99 xalla liderdi.
Çempion komandanın adına son turda aydınlıq gələcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC