Azərbaycanda ilk dəfə Peşəkar Çövkən Liqası təşkil olunacaq.
Presssport.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) vitse-prezidenti Bəhruz Nəbiyev mətbuat konfransında məlumat verərək liqanın sabah mayın - 21-də start götürərək, dekabrın 4-də başa çatacağını deyib.
O, daha əvvəl bir sıra tədbirlər və yarışlar təşkil etdiklərini bildirib: "Bu cür turnirlərin artırılacağı barədə məlumat vermişdik. Peşəkar Çövkən Liqasını rəsmi şəkildə elan edirik. Komandalara uğurlar arzulayıram. 18 tur nəzərdə tutulur. Hər komanda bir-biriylə iki oyun keçirəcək. Bütün görüşlər bu il Binə Atçılıq Mərkəzində baş tutacaq. Gələn il başqa meydanlarda gerçəkləşəcək ki, artıq onların siyahısı hazırlanır. Qalib komandaya 3, heç-heçə edənlərə 1 xal veriləcək".
Qeyd edək ki, yarışda 10 komanda - "Ağstafa Dilbaz", "Elit", "Embavud", "Köhlən", "Qarabağ", "Omar", "Polad", "Sərhədçi", "Şirvan" və "Zəfər" iştirak edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC