"Milli cins atlarımızın qiymətində artım müşahidə olunub" - ARAF-ın vitse-prezidenti

“Bütün çövkən yarışlarında yalnız DNA testindən keçirilmiş milli cins atlara yer veriləcək. Milli cins atlarımızın qiymətində artım müşahidə olunub".

Pressport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında sabah startı veriləcək Peşəkar Çövkən Liqası ilə bağlı mətbuat konfransında Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) vitse-prezidenti Bəhruz Nəbiyev deyib.

O. ARAF rəsmisi yeni layihələrin olduğunu vurğulayıb: "2026-cı ildən II Llİqanı təsis etmək istəyirik. Çalışacağıq ki,, mövsümün sonunda aşağı liqada ilk yerləri tutan komandalar əsas liqaya yüksəlsin. Görüləcək işlərimiz çoxdur. Milli cins atlarımızın qiymətində də artım müşahidə olunub. Liqanın sonunda daha da yüksələcəyini gözləyirik".

Nəbiyev Paris-2024 Yay Olimpiya Oyunlarının atçılıq yarışında Azərbaycan çaparının olmayacağına da təəssüf edib: “Dresaj üzrə artıq Azərbaycan komandası var. Komandanın 2 üzvü Avropada təlim-məşq toplanışlarını davam etdirir. 2027-ci il bizim üçün vacib ildir. Xalların toplanması elan olunacaq və hər iki idman növü üzrə 2028-ci ildə Olimpiya oyunlarına lisenziya qazanılması üçün əlimizdən gələni edəcəyik”.


 


 


 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC