Avropa çempionumuz qələbəsini ailəsinə həsr edib: "Finalda hesabda geri idim, ancaq bu, taktika idi"

“Yarış yüksək səviyyədə keçdi. Azərbaycanda öz bayrağımızı yüksəltmək başqa hissdi. Qələbəni ailəmə həsr edirəm”. Presssport.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verir ki, bunu Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Ziya Babaşov (63 kq) deyib.

İdmançımız final görüşünə toxunub: "Hesabda geri idim, ancaq bu, taktika idi. Allaha çox şükür, istədiyim kimi oldu. Finalda həyəcanlı idim. Bu üzdən yorğun görünə bilərdim. Parterdə xal qazanacağıma əmindim. Həlledici görüşdə uduzmaq istəmirdim”.

Xatırladaq ki, Babaşov finalda Vitali Yeriomenkonu (Moldova) üstələyərək fəxri kürüsünün ən yüksək pilləsinə qalxıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC