Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar start götürüb.
Presssport.az Azərbaycan Voleybol Federasiyasının(AVF) mətbuat xidmətinə istinadən xəbər verir ki, sayca dördüncü olan FIVB Level-1 seminarı Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi və AVF-nin təşkilatçılığı ilə GİN-in Voleybol Mərkəzində keçirilir.
AVF-nin baş katibi Faiq Orucov iştirakçılarla görüşüb. O bildirib ki, federasiya məşqçi-müəllimlərin hazırlanması, onların yeni bilik və bacarıqlara yiyələnməsi üçün bir sıra layihələr həyata keçirir. Məhz bu məqsədlə federasiyada Təhsil şurası da yaradılıb. Orucov bu işlər sayəsində qısa zamanda daha güclü məşqçilər korpusunun formalaşacağına inamını ifadə edib.
Görüşdə iştirak edən AVF-nin İdman şöbəsinin rəhbəri Vüqar Hüseynzadə və seminara rəhbərlik edən FIVB-nin məşqçi-instruktoru türkiyəli Cengiz Akarçeşme də hər bir iştirakçıya uğurlar arzulayıb.
Onu da bildirək ki, seminar mayın 25-dək davam edəcək. Tədbirə ümumilikdə 40 nəfər qatılıb. İştirakçılar arasında Azərbaycanla yanaşı, Türkiyə, Avstraliya, İran, Hindistan və Belarusdan olan mütəxəssislər də var. Seminara türkiyəli Akarçeşmə və yeniyetmə, gənc oğlanlardan ibarət milli komandaların rəhbəri Cahangir Seyed Abbasi rəhbərlik edirlər.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC