II Liqada XXVI turun “Şəfa” – “Baku Sportinq” (0:4) görüşündən sonra keçirilən mükafatlandırma mərasimində turnirin qalibi olan komandaya qızıl medallar və çempionluq kuboku təqdim edilib.
Presssport.az xəbər verir ki, bir tur əvvəl çempionluğu təmin etmiş “Baku Sportinq”ə qızıl medalları Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov və prezidentin idman işləri üzrə müşaviri Məlik Həsənov təqdim edib.
Ardınca qalib komanda çempionluq kubokunu başı üzərinə qaldırıb.
Xatırladaq ki, Elman Sultanovun komandası II Liqada 1-ci yerin sahibi kimi I Liqaya vəsiqə qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC