Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Türkiyə yığmasıyla oyunlarının hakim təyinatları açıqlanıb.
Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının 1-ci qrupu çərçivəsində mayın 31-də Ərzincanda keçiriləcək görüşü Fransa, iyunun 4-də Bakıda keçiriləcək qarşılaşmanı isə Danimarkadan olan hakimlər briqadası idarə edəcək:
31 may
Türkiyə - Azərbaycan
Baş hakim: Aleksandra Kollin
Baş hakimin köməkçiləri: Elodie Koppola, Klotilde Brassar
Dördüncü hakim: Klemens Qonçalves
(Hakimlər briqadası Fransadandır)
Ərzincan 13 Şubat stadionu. Saat 21:00
4 iyun
Azərbaycan - Türkiyə
Baş hakim: Nanna Löf Andersen
Baş hakimin köməkçiləri: Sidsel Rasmussen, Anna Kyaer Şmidt
Dördüncü hakim: Frida Klarlund
(Hakimlər briqadası Danimarkadandır)
Dalğa Arena. Saat 19:00
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC