Azərbaycan çempionatında son 7 mövsümün rekordu təkrarlanıb

I Liqada son 7 mövsümün məhsuldarlıq rekordu təkrarlanıb.

Presssport.az xəbər verir ki, bu, XXVII turda baş verib.

Belə ki, “İrəvan”la “Karvan” arasında matçda 11 qol vurulub. Qonaqların 8:3 hesablı qələbəsi ilə bitən görüş qol sayında mövsümün mütləq rekordudu. 

Sonuncu belə məhsuldarlıq ötən çempionatda qeydə alınıb. “Araz-Naxçıvan” səfərdə “Turan Tovuz-2”yə 6:5 hesabı ilə qalib gəlib.

Bu iki matç son 7 mövsümdə ən çox qol vurulan qarşılaşmalardı. Daha çox qola sonuncu dəfə 2016/17 mövsümünün “Səbail” – “Bakılı” oyununda təsadüf olunub. Həmin vaxt ümumilikdə 14 qol vurulub. Bu görüşdə meydan sahibləri 11:3 hesablı qələbə qazanıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC